Keçid linkləri

2025, 18 İyun, çərşənbə, Bakı vaxtı 23:00

'Hakim sayı Azərbaycanda orta Avropa göstəricisindən üç dəfə aşağıdır'


Çingiz Əsgərov
Çingiz Əsgərov

"Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) hesabatına əsasən, hər 100 min əhaliyə düşən hakim sayı Azərbaycanda orta Avropa göstəricisindən üç dəfə aşağıdır və Avropada ən aşağı göstəricilərlə xarakterizə olunur". AZƏRTAC-ın xəbərinə görə, bunu Azərbaycan Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərov iyunun 18-də Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 20 illiyinə həsr olunmuş "Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar" adlı beynəlxalq konfransda deyib. Onun sözlərinə görə, bu rəqəm hazırda təxminən 6.3-dür, Avropada isə 17.6-dır.

Ç.Əsgərovun vurğulamasına görə, son üç ildə 1600-dən çox namizəd seçim prosesində iştirak edib, onlardan 210-u seçilərək yüksək hakim vəzifəsinə təyin olunub: "Yeni təyin edilmiş hakimlərin əksəriyyəti 35 yaşa qədər olan şəxslərdir. Onların təxminən 50 faizini qadınlar təşkil edir. İntensiv seçim nəticəsində cari ilin sonunda hakimlərimizin sayının 700-ə, növbəti mərhələdə isə 800-ə çatdırılması nəzərdə tutulur".

Xatırlatma

Hazırda ölkədə təqribən 650 hakim fəaliyyət göstərir.

Bu ilin əvvəlində ölkədə Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olma yaş həddi 70-dən 75-ə qaldırılıb. Azərbaycanda dövlət qulluğunda qalmaqla bağlı yaş həddi 65-dir. Hətta parlamentdə müzakirələr zamanı təklif səslənib ki, hakimlər Azərbaycanda ömürlük təyin olunsunlar. Lakin təklifi çoxluq dəstəkləməyib.

Ötən il isə Azərbaycanda hakim seçkisi ilə bağlı qanunvericiliyə dəyişiklik edilmişdi. Azərbaycanda hakimlərin seçilməsi artıq test imtahanı, yazılı imtahan və müsahibə olmaqla üç mərhələdən ibarətdir.

Amma AzadlıqRadiosuna danışan ayrı-ayrı müstəqil ekspertlər hesab edirlər ki, Azərbaycanda hakimlərin sayından da mühüm olan onların müstəqilliyidir. Həmin ekspertlərin fikrincə, məhkəmələrin müstəqilliyi üçün də hakimiyyət bölgüsü və siyasi azadlıqlar təmin olunmalıdır.

Deputatdan təklif: Avropa məhkəməsinin cəriməsini hakimlər özü ödəsin
Gözlə

No media source currently available

0:00 0:03:19 0:00


XS
SM
MD
LG