Keçid linkləri

2025, 18 İyun, çərşənbə, Bakı vaxtı 18:04

Xameneidən Trampa cavab: 'İran xalqı təslim olmayacaq'


Əli Xamenei və Donald Tramp
Əli Xamenei və Donald Tramp

İranın ali dini lideri Əli Xamenei ABŞ prezidenti Donald Trampın "qeydsiz-şərtsiz təslim" çağırışına cavab olaraq bəyan edib ki, İran xalqı "heç vaxt təslim olmur". Onun müraciəti dövlət televiziyasında yayımlanıb.

Xamenei xəbərdarlıq edib ki, İsraillə münaqişədə ABŞ-nin istənilən hərbi müdaxiləsinə İran cavab verəcək və bu, "şübhəsiz, bərpaolunmaz zərərlərə gətirib çıxaracaq".

"İran xalqı məcbur edildiyi müharibəyə necə qətiyyətlə müqavimət göstərirsə, eyni şəkildə ona sırınan sülhə də müqavimət göstərəcək", - AzadlıqRadiosunun "Fərda" xidməti Xameneinin sözlərini sitat gətirib.

"İranı, İran xalqını və onun tarixini tanıyan müdrik insanlar heç vaxt təhdid dili ilə danışmazlar", - o vurğulayıb.

Tramp İranın ali dini lideri Xameneinin 'hələlik' təhlükəsizlikdə olduğunu deyir

Prezident Donald Tramp bildirib ki, ABŞ İranın ali dini lideri Əli Xameneinin harada gizləndiyini bilir və İranın lideri "hələlik" təhlükəsizlikdədir. Tehran sakinləri isə İsrailin ciddi hava zərbələri barədə xəbərdarlıqları fonunda paytaxtı kütləvi şəkildə tərk edir.

İyunun 17-də ABŞ Milli Təhlükəsizlik Şurasının iclasından əvvəl sosial media paylaşımında Tramp İranı "qeyri-şərtsiz" təslim olmağa çağıraraq Xameneini üstüörtülü şəkildə təhdid edib.

"O, asan hədəfdir, amma təhlükəsizlikdədir - Biz onu aradan götürməyəcəyik (öldürməyəcəyik!), ən azı indilik", - Tramp yazıb. "Səbrimiz tükənir", –o əlavə edib.

Trampın bu sözləri həm İranın, həm də İsrailin beş gündür ki davam edən ölümcül hava zərbələrinə "həqiqi son" çağırışından cəmi bir neçə saat sonra gəlib.

Kanadada keçirilən G7 sammitini yarımçıq tərk edərək Vaşinqtona qayıdan prezident Tramp Yaxın Şərqdəki böhranla əlaqədar Milli Təhlükəsizlik Şurasının iclasına qatılıb. O, İranın nüvə proqramı ilə bağlı razılığa gəlməməsinə görə Tehrana narazılığını ifadə edib. İran nüvə proqramının yalnız mülki məqsədlərə xidmət etdiyini bildirsə də, İsrail tərəfindən hədəf alınır.

"Mən atəşkəs axtarmıram, biz atəşkəsdən daha yaxşı bir şey axtarırıq", -Tramp Kanadadan geri dönərkən təyyarədə jurnalistlərə deyib.

CNN telekanalı adı açıqlanmayan Ağ ev rəsmisinə istinadən bildirib ki, Trampın əhalinin Tehrandan təxliyəsi şərhi İrana danışıqlarla bağlı təzyiq etmək məqsədi daşıyır.

Tehranda qalanlar AzadlıqRadiosuna danışır: 'Çox qorxuludur'
Gözlə

No media source currently available

0:00 0:02:25 0:00

Tehran sakinləri şəhəri tərk edir

Tehran sakinləri Trampın təxliyə çağırışından sonra gərgin gecə keçiriblər.

İyunun 13-də tətillər başlayandan bəri minlərlə insan şəhəri tərk etməyə çalışır, bu isə yollarda tıxaclara və yanacaq qıtlığına səbəb olur. Bir çox sakin paytaxtdan kənara çıxan əsas magistral yollarda bir neçə kilometrlik tıxaclara məruz qalmaqdansa, evlərində qalmağı seçir.

"Tehrandan çıxmaq da mürəkkəb məsələdir. Və əlbəttə ki, getmək üçün bir yer tapmaq kimi şansınız varsa", - adının Mina olduğunu bildirən Tehran sakini AzadlıqRadiosunun "Fərda" xidmətinə deyib. O bildirib ki, sakinlərin getdiyi digər şəhərlər də o qədər təhlükəsiz deyil.

XS
SM
MD
LG